Bu ünvanlardakı mənzillərə “kupça” veriləcək
17.02.2020 08:49 İqtisadiyyat

Bu ünvanlardakı mənzillərə “kupça” veriləcək

Çoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı səyyar aksiya 17-21 fevral tarixlərində Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında keçiriləcək.

“MediaPost” xəbər verir ki, qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət 17 fevralda Xətai rayonu, M. Hadi küçəsi, 106, 18 fevralda Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya 19 fevralda F. İbrahimov küçəsi, 5, 20 fevralda Yeni Yasamal yaşayış massivi, D. Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.

Mənzilini dövlət qeydiyyatına almaq istəyən bina sakinləri şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlərlə səyyar xidmət ofisinə yaxınlaşa bilər.

Xeybər Heydərov

Xəbərlər departamenti

Gündəm