Bu vaksinin qiyməti bəlli oldu: "90 faiz xəstəlikdən qoruyur"
11.11.2020 11:21 Dünya

Bu vaksinin qiyməti bəlli oldu: "90 faiz xəstəlikdən qoruyur"

Türk elm adamlarının qurucusu olduğu Almaniyanın biotexnologiya şirkəti "BioNTech"in amerikalı dərman şirkəti "Pfizer" ilə birlikdə hazırladığı vaksin dünya mediasının gündəminə düşüb. 

"MediaPost" xəbər verir ki, aparılan sınaqlarda vaksinin 90% xəstəliyin qarşısını aldığı qeyd olunub.

"Pfizer"in direktoru və CEO-su olan Albert Bourla açıqlamasında "bu gün elm və insanlıq üçün möhtəşəm bir gündür. Virusa yoluxma faktlarının yeni rekordlar qırdığı bir vaxtda hazırladığımız vaksinlə bağlı kritik mərhələyə çatmışıq", - deyə qeyd edib. 

"Reuters"ə danışan "BioNTech"in qurucusu və CEO-su Uğur Şahin də "sınaqların üçüncü mərhələsində COVID-19 vaksininin virusu əngəllədiyinə dair nəticələr var. Bu, hər şeyin normala qayıtması üçün fürsətdir" deyib. 

Bununla yanaşı o, vaksinin ən azı 1 il virusdan qorumasının gözlənildiyini söyləyib. 

Digər tərəfdən vaksinin qiyməti də məlum olub. Belə ki, "Pfizer" ABŞ hökuməti ilə iyul ayında 1.95 milyard dollarlıq müqavilə imzalayıb. İki doza olaraq tətbiq ediləcək vaksinin 1 dozasının 19.6 dollar, iki dozasının isə 39 dollar olacağı vurğulanıb. 

Anara Mikail

Gündəm