Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
01.03.2021 20:16 İnfrastruktur

Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, martın 2-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocahəsən dairələri arasında yerləşən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə "MediaPost"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən təmir işləri saatlarında ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbərlər şöbəsi

Gündəm