Büdcəyə dəyişiklik layihəsi Milli Məclisə daxil olub
31.07.2020 08:15 Maliyyə İqtisadiyyat

Büdcəyə dəyişiklik layihəsi Milli Məclisə daxil olub

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Mili Məclisə daxil olub.

“MediaPost” xəbər verir ki, bunu Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bayramdan sonrakı həftə ərzində qanun layihəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsi həyata keçiriləcək.

Könül Vəliyeva

Gündəm