Buğda təminatında idxal problemi – Niyə hələ də asılıyıq? - <span>VİDEO</span>
26.02.2021 21:30 Kənd təsərrüfatı

Buğda təminatında idxal problemi – Niyə hələ də asılıyıq? - VİDEO

Fevralın 17-də Nazirlər Kabineti buğdanın idxal qiymətinin artmasının unun qiymətinə mənfi təsirlərini azaltmaq üçün əlavə tədbirlər barədə qərar verib. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə unun hər tonuna görə mayın 1-dək  35 manat məbləğində subsidiya veriləcək.  

Iqtisadçı ekspert Pərviz Heydərov  bildirir ki, keçən il pandemiyanın təsiri, bu il isə əkilən sahələrdən az məhsul götürüləcəyinə dair proqnoz iri buğda ixracatçısı kimi tanınan ölkələri satışı məhdudlaşdırmağa sövq edib. Bu səbəbdən də ölkəmizdə də ilin ortasına doğru un və un məhsullarının qiymətlərinin artacağı gözlənilirdi. Onsuz da yanacağın və suyun qiymətlərinin artması buna əlavə zəmin yaratmışdı. Üstəlik, buğda sarıdan idxaldan asılı olduğumuz üçün dünyada qiymətlərin qalxması da bunu qaçılmaz edəcəkdi. Odur ki, hökumət qabaqlayıcı addım atmalı idi. 
 
Ekspert hesab edir ki, bununla belə qlobal bazarlarda bahalaşma  davam edərsə, subsidiya yolu ilə qiymətlərdə sabitliyi uzunmüddətli qoruyub saxlamaq  mümkün görünmür. 

Bu zaman belə bir sual ortaya çıxır. Niyə uzun illər istehsalın subsidiyalaşdırılması aparılsa da, strateji məhsul olan  buğdada idxaldan asılıyıq?

 “MediaPost” bu videosüjetdə məsələyə aydınlıq gətirməyə çalışıb:

 

Rahim Tarıverdiyev

Gündəm