Bülent Ersoya bu dəfə 450 minlik kürkünə görə tənqid olundu - FOTO
Türkiyəli müğənni Bülent Ersoy yenə tənqid hədəfi olub.
“MediaPost” xəbər verir ki, buna onun 450 min lirəlik yeni kürkü rəvac verib.
Belə ki, müğənninin 4 ay öncə sifariş verdiyi cins gümüş tülkü kürkü ilə kamera qarşına keçib. B.Ersoyun kürkü üçün 55 tülkünün dərisindən istifadə olunub.
Onun sosial mediada paylaşılan fotolarına tənqidlər yağıb. İfaçını “Heyvan qatili” adlandırılıb.