Buraxılış imtahanında bir nəfər maksimum bal yığdı
06.05.2021 18:32 Təhsil

Buraxılış imtahanında bir nəfər maksimum bal yığdı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında bir nəfər ən yüksək nəticə toplayıb.

Dövlət İmtahan Mərkəzindən "MediaPost"a verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.

Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

Qeyd edək ki. bu gün tam  (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Xəbərlər şöbəsi

Gündəm