"Burnu qopsa da, yenidən döyüşlərə qatıldı" - Qəhrəman ZABİTİMİZ
13.11.2020 11:56 Hərbi

"Burnu qopsa da, yenidən döyüşlərə qatıldı" - Qəhrəman ZABİTİMİZ

"Sizə Vedibasar elinin qəhraman oğlu, vətən müharibəsinin qəhrəmanlarından biri olan, dayım oğlu baş leytenant Şahverdiyevi tanıtmaq istəyirəm. Xidmətə başladığı gündən ön cəbhədə düşmənlə üz-üzə dayanıb. 2016-cı il Aprel döyüşlərinin qəhrəmanlarındandır. İgidliyinə görə mükafatlandırılıb. Döyüşlərdən sonra bir müddət müalicə aldıqdan sonra yenə xidmətə qaydıb. 2-ci Qarabağ müharibəsi başlayan gündən cəbhənin müxtəlif istiqamətlərində mənfur düşmənə zərbələr endirib. Bir neçə gün sonra, əks-hücüm əməliyyatı zamanı tankı vurulub. Allah iki körpə balasına bağışlayıb qəhrəman atanı. Kürəyi, əli, başı və burnundan zədə alıb. Burnunun bir hissəsi qopub. Hospitalda müalicəni yarmçıq saxlayıb yenidən cəbhəyə qayıdıb".

"MediaPost" xəbər verir ki, bu sözləri döyüşlərdə iştirak edən zabitimizin qohumu Azər Rüstəmov deyib.

 "Yaralandığı ilk günlərdə danışdıq. Dedim, tam düzəl, qayıdarsan. "Bibioğlu, əlim-ayağım tutur. Mən burada yata bilmərəm. Orada olmalıyam" dedi. Dayımoğlu, mən fəxr edirəm ki, sən və sənin kimi düşmənə dağ çəkən qəhrəmanlarımız var. Biz bir ömür boyu sizə borcluyuq. Səni bağrıma basıram, Vətən oğlu", - qəhrəman zabitimizin bibisi oğlu bildirib.

Xəbərlər departamenti

Gündəm