Bakıdan Həştərxana uçan təyyarə məcburiyyətdən geri qayıdıb
06.01.2020 10:10 Cəmiyyət

Bakıdan Həştərxana uçan təyyarə məcburiyyətdən geri qayıdıb

“MediaPost” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilib ki, təyyarənin geri qayıtmasına səbəb Həştərxan hava limanında güclü dumanın olmasıdır.

Hava gəmisi yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, “Buta Airways” “J2-9235” nömrəli Bakıda Həştərxan reysi həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı) həyata keçirir.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm