Bütün xəstəliklərin mənbəyi - STRES
28.02.2020 10:33 Fikirlər

Bütün xəstəliklərin mənbəyi - STRES

"MediaPost"un xəbərinə görə, alimlər hesab edir ki, insan üçün ayda bir dəfə orta həddə stres normal ola bilər. Bundan yüksək hədd isə artıq birbaşa təhlükəlidir.

Stres nədir?

Stres - bədənə və zehni vəziyyətə təsir edən həyat keyfiyyətini azaldan xəstəliklərə səbəb olan bir vəziyyətdir. Gündəlik həyatımızda qarşılaşdığımız müxtəlif səbəblərdən insanda stres halı yaşana bilər.

Stresə səbəb olan amillər hansılardır?

• Yeni işə başlamaq

• Travmalar

• Ailə sağlamlığı problemləri

• Alkoqol və maddə istifadəsi

• Şəhər dəyişikliyi

• Sevilən bir insanın itkisi

Stres əlamətləri

• Çox yatmaq və ya yatmamaq problemləri

• Yemək rejimindəki dəyişikliklər iştahanı azaldır və ya əksinə.

• Baş ağrısı

• Motivasiyanın olmaması

• Ünsiyyət qurmaq istəməmək

• Sosial mühitdən çəkilmək

Bu cür stres əlamətləri gündəlik həyatı mənfi təsir edə bilər.

Bütün xəstəliklərin mənbəyi: STRES

Stres növləri

Stres üç formada araşdırılır: kəskin stres, epizodik kəskin stres və xroniki stres.

Kəskin stres keçmiş və gələcək arasında baş verə biləcək növdür. Bəzən kəskin stres insana xoşbəxtlik bəxş edə, bəzən kədər verə bilər. Kəskin stresin digər bir xüsusiyyəti, hər fərddə görünə biləcəyi və eyni zamanda idarə və müalicə edilə bilən növdür.

Epizodik kəskin stres yaşayan insanlar həyatındakı bütün məsuliyyət üzərinə götürənlərdir. Onlar həmişə gərgin işləyirlər. Beləliklə, qarşılaşdıqları hər problemə həddindən artıq reaksiya verirlər. Duyğularını idarə etməkdə çətinlik çəkdikləri üçün reaksiyalarını idarə edə bilmirlər. Epizodik stresin başqa bir cəhəti narahatlıqdır. Bu stresi yaşayan insanlar həmişə ətraflarına qarşı pessimistdirlər. Hər hansı bir vəziyyətin nəticəsinin həmişə pis bir şey ola biləcəyini düşünə bilən növdür.

Xroniki stres digər streslərdən bəzi xüsusiyyətləri ilə fərqlənir. Əsas fərqliliyi insan üzərində yaratdığı mənfilikdir. Həm zehni, həm də fiziki problemlər yarada bilər. Xroniki stres yaranan problemin öhdəsindən gəlmək üçün bir yol axtararkən kortəbii olaraq ortaya çıxır.

Post-travmatik stres pozğunluğu haqqında

İnsanlar zamanla kəskin stres növünü unuda bilər, lakin xroniki stresdə fərdlər hər zaman stresdən asılıdırlar. Bu fərd üçün yaxşı vəziyyət deyil.

Stres terapiyası

Stresi müalicə etmək üçün ilk addımlardan biri gündəlik iş rejimini dəyişdirmək ola bilər. Stresdə bəzi dəyişikliklər varsa, bir mütəxəssisdən kömək istəmək lazımdır. Müalicə metodu şəxslərə görə dəyişir. Buna görə hər bir insan üçün müalicə eyni olmamalıdır. Hər hansı bir stres vəziyyətində, məlum müalicəyə tətbiq edilməməlidir. Stresin mənbəyi əvvəlcə araşdırılmalı sonra müalicəyə başlanılmalıdır. Bundan sonra testlər nəticəsində dərman müalicəsi və ya olmaması qərara alına bilər.

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm