Buzlu yol sürücünün ölümünə səbəb oldu
24.02.2021 00:06 Hadisə

Buzlu yol sürücünün ölümünə səbəb oldu

Bakının Yasamal rayonunda avtomobil aşıb sürücü ölüb.

"MediaPost" APA - ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

"NAZ" markalı avtomobili idarə edən sürücü 1987-ci il təvəllüdlü Hacıyev Orxan Zahir oğlu yolun buzlu olması səbəbindən avtomobilə nəzarəti itirib. Maşın dərəyə aşaraq bir neçə hissəyə bölünüb.

Sürücü hadisə yerində ölüb. Meyit morqa təhvil verilib.

Avtotexniki ekspertiza təyin edilib.

Xəbərlər şöbəsi

Gündəm