"Can Azərbaycan əhəmiyyətli qələbə qazandı” - Mövlud Çavuşoğlu
10.11.2020 10:32 Qarabağ Azərbaycandır

"Can Azərbaycan əhəmiyyətli qələbə qazandı” - Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı qələbə münasibətilə təbrik edib.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

“Can Azərbaycan döyüş meydanında və diplomatiya masasında əhəmiyyətli qələbə əldə etdi. Bu uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla tək millət, tək ürək olmağa davam edəcəyik”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Məleykə Ağasoy

Gündəm