“Can Azərbaycana canımız fəda” - Çavuşoğlu
02.02.2020 09:42 Siyasət

“Can Azərbaycana canımız fəda” - Çavuşoğlu

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb. O, Azərbaycan XİN-in Çinin Uhan şəhərindən vətəndaşlarımızın təxliyyəsinə görə Türkiyəyə edilən minnətdarlıq tvitini paylaşaraq, BirMilletİkiDevlet həştəqi ilə “Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda” sözlərini əlavə edib.

Qeyd edək ki, Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfər (onlardan 6-sı azərbaycanlıdır) Dr. Zekai Tahir Burak Xəstəxanasına yerləşdiriliblər.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm