CANLI YAYIM: İzmirdə zəlzələdə ölənlərin sayı 24-ə, yaralıların sayı 804-ə çatıb (YENİLƏNDİ-15)
31.10.2020 05:30 Dünya

CANLI YAYIM: İzmirdə zəlzələdə ölənlərin sayı 24-ə, yaralıların sayı 804-ə çatıb (YENİLƏNDİ-15)

Türkiyənin İzmir şəhərində zəlzələ olub.

“MediaPost” xəbər verir ki, hadisə Seferihisar rayonunun sahilində qeydə alınıb.

Yeraltı təkanın ocağı 16,54 km dərinlikdə və 6,6 bal gücündə olub. Nəticədə Bayraklı rayonunda bina çöküb.

Zəlzələ İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.

Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.

16:00

***

16:42

Türkiyə Daxili İşlər Naziri Süleyman Soyulu açıqlamasında deyib ki, hadisə zamanı 6 hündürmərtəbəli bina çöküb. 

***

16:53

İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer açıqlamasında bildirib ki, təxminən 20 binanın dağıldığı barədə məlumat alıblar.

***

16:55

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twıtter" səhifəsində İzmirdə baş verən güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə aidiyyəti qurumlar əraziyə göndərildiyini bəyan edib.  

17:08

Türkiyənin İzmir şəhərinin Urla və Seferihisar rayonlarında 3 dəqiqəlik ara ilə daha iki zəlzələ baş verib. Hər ikisi 4 bal gücündə olub.

***18:02

Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

****

18:28

İzmir bələdiyyəsinin açıqlamasına görə, hazırda 4 nəfər həlak olub, yaralananların sayı 152 nəfərə yüksəlib. 

***

18:34

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu paylaşım edib: "Ege və Marmara Bölgələrində hiss olunan zəlzələdə vətəndaşlarımızın heç birinin zərər görməməsini arzu edirəm. Hadisədən zərər görən insanlara keçmiş olsun deyirəm". 

***

19:15

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

19:58

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

20:57

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 419-a çatıb.

"MediaPost" xəbər verir ki, ölənlərin sayı isə 12-yə yüksəlib.

***

22:29

İzmirdə baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb.

***

23:34

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

"MediaPost" xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

***

00:28 (31.10.20)

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb.  

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 Bildirilib ki, zəlzələdə xəsarət alan 709 yaralı isə xəstəxanada müalicə olunur.

***

02:41

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.  

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin Ətraf mühit və şəhərsalma Nazirliyi məlumat yayıb. 

Məlumata görə,  baş verən zəlzələ nəticəsində yaralıların sayı 763 nəfərə çatıb.

***

05:30

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.

 

Xəbərlər şöbəsi

Gündəm