Cavid: "Bir insanım var" - <span>VİDEO</span>
24.05.2021 12:40 Şou-biznes

Cavid: "Bir insanım var" - VİDEO

Müğənni Cavid Məmmədov yeni işini təqdim edib.

"MediaPost" xəbər verir ki, sözləri və musiqisi ifaçının özünə məxsus olan “Bir insanım var” adlı mahnısına klip çəkdirib. Ekran işinin rejissorluğunu Fərhad Əli edib. 

Ərsəyə gələn işdə iki gəncin saf sevgisindən bəhs edilir.

Klip müğənninin rəsmi “YouTube” səhifəsində yayımlanıb və eləcə də mahnını bütün musiqi platformalarından dinləmək olar.

Qeyd edək ki, bir müddət əvvəl Cavid Məmmədov və Azad Şabanov orduya dəstək məqsədi ilə "Qarabağdan salam” adlı klip ərsəyə gətirmişdilər. Ekran işi Vətən Müharibəsinə həsr edilib. Sözügedən klipi birinci vitse-prezident Mehriban Əliyeva öz  İnstaqram hesabında paylaşıb.

 

Xəbərlər departamenti

Gündəm