Çavuşoğlu: ““3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir”
03.03.2021 15:44 Siyasət

Çavuşoğlu: ““3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir”

Azərbaycanın təklif etdiyi “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir.

"MediaPost" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, “3+3” platformasının məqsədi logistik, iqtisadi, enerji sahələrindəki layihələrlə bağlı etibarlı addımlar atmaqdır.

“Biz bu məsələdə Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Xəbərlər şöbəsi

Gündəm