Çavuşoğlu Abdullahianla Azərbaycanı müzakirə etdi
18.03.2023 15:35 Region

Çavuşoğlu Abdullahianla Azərbaycanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

MediaPost xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasından məmnunluq ifadə edilib.

Nazirlər, həmçinin İran və Azərbaycanın qarşılıqlı əlaqələrinin son vəziyyətini müzakirə ediblər.

Xəbərlər departamenti

Gündəm