Çavuşoğlu Avropa Şurası Nazirlər Toplantısında Azərbaycandan danışdı
04.11.2020 14:57 Siyasət

Çavuşoğlu Avropa Şurası Nazirlər Toplantısında Azərbaycandan danışdı

Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.

"MediaPost"un məlumatına görə, bunu Mövlud Çavuşoğlu “Twitter” hesabında videokonfrans üsulu ilə qatıldığı Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına bəyan etdiyi açıqlayıb. 

Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıqlarını deyən nazirin sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz:

“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir”.

Xəbərlər departamenti

Gündəm