Çavuşoğlu: "Haftar hücuma keçdi, belə bir şey imkansızdır"
16.01.2020 12:09 Xarici siyasət

Çavuşoğlu: "Haftar hücuma keçdi, belə bir şey imkansızdır"

"MediaPost"un verdiyi xəbərə görə, Çavuşoğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğan Trampla tez-tez telefon danışıqları həyata keçiri. Onlar ABŞ-İran münasibətləri, Liviyadakı proseslər və yarımçıq qalan atəşkəs razılaşması ilə bağlı fikir mübadiləsi edirlər.

Nazir qeyd edib ki, 4 apreldə bütün bu proseslərlə bağlı konfrans keçirilməsi planlaşdırılırdı. Konfransın başlamasına yaxın zamanda Haftar hücuma keçdi.

"Təəssüf ki, Haftarın fikrini dəyişməsindən sonra atəşkəs razılaşması yarımçıq qaldı. Haftar Rusiyadan vaxt istədi. Lakin müqaviləni imzalamadan oranı tərk etdi. Biz düşünürük ki, Haftar münaqişənin siyasi həllindən çox, hərbi yolla həllinə üstünlük verir. İndiyədək Haftara dəstək verən qüvvələr olub. Atəşkəs mövzusunda təmkinli və ümidli idik",– deyə nazir qeyd edib.

Çavuşoğlu ümid edir ki, bundan sonra atəşkəsi pozmazlar: "Suriyada biz bunu çox yaşadıq. İnşallah, daha əvvəl olduğu kimi hərbi müdaxilə həddinə gəlməz. Biz çalışırıq ki, tərəflər razılığa gəlib, atəkəs müqaviləsinə imza atsınlar".

Berlində Zirvə Görüşünün baş tutacağını deyən nazir bildirib ki, həmin tədbirə bir çox dövlət xadimləri və D.Tramp da dəvət edilib. Görüşdən çox şeylər gözlədiklərini bildirən Çavuşoğlu atəşkəs müddətinin davam etməsinin vacib olduğunu vurğulayıb.

Suriyalı əsgərlərin Liviyada pul və Türkiyə vətəndaşlığı qarşılığında xidmət göstərməsi məsələsinə aydınlıq gətirən nazir qeyd edib ki, "belə bir şey imkansızdır".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm