Çavuşoğlu: "Türkiyə Ermənistan əlaqələrinin normallaşması əslində Yerevandan asılıdır"
26.05.2023 23:54 Region

Çavuşoğlu: "Türkiyə Ermənistan əlaqələrinin normallaşması əslində Yerevandan asılıdır"

Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması, Türkiyə-Ermənistan əlaqələrinə də təsir edir.

MediaPost TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyə Ermənistan əlaqələrinin normallaşması əslində Yerevandan asılıdır.

”Ermənistanla 1915-ci il hadisələri ilə bağlı fərqli fikirdə ola bilərik. Lakin terroristlərə heykəl ucaltmaq münasibətlərimizin normallaşmasına xələl yetirir və bu qəbul edilməzdir. Ermənistan özünə güvənirsə 1915-ci il hadisələrinin araşdırılması üçün ABŞ, Fransa, Rusiyadan ibarət komissiya tərtib etsin” – deyə Çavuşoğlu bildirib.

Xəbərlər departamenti

Gündəm