Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib - FOTOLAR
31.12.2019 12:10 Hərbi

Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib - FOTOLAR

Nazirlikdən MediaPost-a verilən məlumata görə, iki hektardan çox ərazidə inşa edilən ailəli və subay hərbi qulluqçular üçün nəzərdə tutulan iki və üçotaqlı təmirli mənzillərdən ibarət binalar lazımi kommunikasiya sistemləri ilə təchiz olunub. Ərazidə abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb.

Tədbir iştirakçılarını yeni mənzillərin verilməsi ilə bağlı təbrik edən Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların xidməti-məişət şəraitinin yaxşılaşdırılması ölkəmizin iqtisadi qüdrətinin və Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür.

Mənzillər təqdim edilən hərbi qulluqçular bayram günü ailələrinə bəxş edilən sevincə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib (FOTO/VİDEO)







Xəbərlər departamenti

Gündəm