Ceki Çan koronavirusun müalicəsini tapana 1 milyon verəcək
10.02.2020 07:10 Dünya

Ceki Çan koronavirusun müalicəsini tapana 1 milyon verəcək

“MediaPost”un xəbərinə görə, aktyor koronavirusun müalicəsini tapan şəxsə böyük mükafat vəd edib:

“Kimin və ya hansı qurumun müalicəni tapması vacib deyil. Əgər uğurlu olsalar, onlara 1 milyon yuan (təxminən 243 600 AZN) verərək təşəkkür etmək istəyirəm. Bu pulla bağlı deyil. Daha əvvəl insanlarla dolu olan küçələri boş görmək istəmirəm. Vətəndaşlarımın həyatdan zövq almaları gərəkdiyi zamanlarda ölümlə mübarizə apardıqlarını görmək istəmirəm”.

Xəbərlər departamenti

Gündəm