Cəlilabad sakinindən 1 kq-dan artıq heroin götürülüb
15.01.2020 16:30 Hadisə

Cəlilabad sakinindən 1 kq-dan artıq heroin götürülüb

Daxili İşlər Nazirliyindən "MediaPost"a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm