Cəlilabadda ağır qəza, ölən və yaralananlar var
13.05.2021 19:45 Hadisə

Cəlilabadda ağır qəza, ölən və yaralananlar var

Cəlilabadda ağır avtomobil qəzası baş verib.

"MediaPost" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb. Həmçinin ölən şəxsin sürücünün azyaşlı övladı olması bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm