Cəlilabadda meşəlik ərazidə yanğın
06.08.2020 15:38 Gündəm Hadisə

Cəlilabadda meşəlik ərazidə yanğın

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verib.

“MediaPost” FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Yanğın saat 16:05 dəqiqədə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xəbərlər şöbəsi

Gündəm