"Çelsi"yə yeni baş məşqçi təyin olundu
27.01.2021 00:11 Futbol

"Çelsi"yə yeni baş məşqçi təyin olundu

Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.

"MediaPost"un məlumatına görə, bu barədə London komandasının mətbuat-xidməti bildirib.

Məlumata əsasən, müqavilə 1,5 il müddətinə bağlanıb. Bu vəzifədə o Frenk Lempardı əvəz edib.

 Qeyd edək ki, cari mövsümdə klub 19 turun nəticələrinə əsasən 29 xalla İngiltərə çempionatında doqquzuncu sırada yer alıb.

Xəbərlər şöbəsi

Gündəm