Çempionlar Liqası: Klublar öz taleyini həll edəcək - AFİŞA
10.12.2019 06:11 Futbol

Çempionlar Liqası: Klublar öz taleyini həll edəcək - AFİŞA

Mediapost.az-ın məlumatına görə, ilk oyun günündə dörd qrupun komandaları üz-üzə gələcək.

İngiltərənin "Liverpul" klubu qonaq meydanda Avstriyanın "Zaltsburq"u ilə qarşılaşacaq. Bu qrupun digər matçında "Napoli" İtaliyada Belçika "Genk"ini qəbul edəcək.

Günün maraqlı qarşılaşmalarından hesab olunan "İnter"-"Barselona" görüşü İtaliyada keçiriləcək. Bu oyunda meydan sahibləri qələbə qazanmağı bacarsalar növbəti mərhələyə çıxmaq imkanı əldə edəcəklər.

G qrupunun Portuqaliya "Benfika"sı doğma meydanda Rusiyanın "Zenit" komandasını qəbul edəcək. Bu qrupda görüşlərin nəticələrinin klubların taleyinə təsir edəcəyini nəzəra alsaq, o cümlədən "Lion" və "Leyptsiq" matçının da maraqlı keçəcəyini gözləmək olar.

H qrupunda isə İngiltərənin "Çelsi" komandası Fransa "Lill"ini qəbul edəcək. Digər görüşdə isə "Ayaks" Hollandiyada "Valensiya" ilə üz-üzə gələcək. London klubu doğma meydanda qələbə qazanaraq digər görüşün nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksələcək. "Ayaks"a isə heç-heçə də bəs edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

E qrupu

21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika)

21:55. "Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Liverpul" - 10, "Napoli" - 9, "Zaltsburq" - 7, "Genk" - 1.

F qrupu

24:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Praqa, Çexiya)

Xal durumu: "Barselona" - 11, "İnter" - 7, "Borussiya" - 7, "Slaviya" - 2

G qrupu

24:00. "Lion" (Fransa) - "Leyptsiq" (Almaniya)

24:00. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

Xal durumu: "Leyptsiq" - 10, "Zenit" - 7, "Lion" - 7, "Benfika" - 4

H qrupu

24:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa)

24:00. "Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya)

Xal durumu: "Ayaks" - 10, "Valensiya" - 8, "Çelsi" - 8, "Lill" - 1.

Xəbərlər departamenti

Gündəm