Çempionlar Liqası: "Qalatasaray" üçün taleyüklü oyun - CƏDVƏL
26.11.2019 06:08 Gündəm

Çempionlar Liqası: "Qalatasaray" üçün taleyüklü oyun - CƏDVƏL

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunun oyunları keçiriləcək.

Mediapost.az-ın məlumatına görə, ilk oyun Türkiyənin təmsilçisi "Qalatasaray" doğma meydanda Belçikanın "Brügge"sini qəbul edəcək. Hər iki komanda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Günün maraqlı qaşılaşmalarından biri İspaniyada keçirilicəcək. Madridin "Kral" klubu Fransanın PSJ komandasını qəbul edəcək.

Digər matç İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Atletiko"su arasında baş tutacaq. Digər oyunda isə Rusiya "Lokomotiv"i Moskvada "Bayer"lə (Leverkuzen, Almaniya) qarşılaşacaq. Bu qrupda yalnız Turin təmsilçisi 1/8 finala vəsiqə qazanıb.


Çempionlar Liqası

V tur

26 noyabr

A qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Brügge" (Belçika)

24:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)

Xal durumu: PSJ – 12, "Real Madrid" - 7, "Brügge" - 2, "Qalatasaray" - 1.

B qrupu

24:00. "Srvena Zvezda" (Serbiya) - "Bavariya" (Almaniya)

24:00. "Tottenhem" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Bavariya" - 12, "Tottenhem" - 7, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.

C qrupu

24:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)

24:00. "Atalanta" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Xal durumu: "Mançester Siti" - 10, "Şaxtyor" - 5, "Dinamo" - 5, "Atalanta" - 1.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya)

24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Yuventus" - 10, "Atletiko" - 7, "Bayer" - 3, "Lokomotiv" - 3.

Xəbərlər departamenti

Gündəm