Çempionlar Liqası: Son dəqiqələrdə buraxılan qollar - VİDEO - NƏTİCƏLƏR
27.11.2019 06:22 Gündəm

Çempionlar Liqası: Son dəqiqələrdə buraxılan qollar - VİDEO - NƏTİCƏLƏR

Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunlarına start verilib.

Mediapost.az-ın məlumatına görə, ilk qarşılaşmalar A, B, C və D qruplarında mübarizə aparan klublar arasında keçirilib.

Türkiyənin təmsilçisi "Qalatasaray" doğma meydanda Belçikanın "Brügge" komandası ilə son sınağa çıxıb. Amma "Cim-Bom" növbəti mərhələyə vəsiqə qazanmaq şansını qarşılaşmanın əsas vaxtı bitdikdən sonra əldən verib. Belə ki, Avroliqaya keçidini rəsmiləşdirməyə dəqiqələr qalmış Belçika təmsilçisi "Qalatasaray" qapısına 90+2-ci dəqiqədə qol vurub. Bununla "Cim-Bom" turnirlə vidalaşıb.

Digər maraqlı görüş "Real Madrid"ləi PSJ arasında baş tutub. İspaniyada qarşılaşan komandalar hərəyə 2 top vurmaqla heç-heçəylə razılaşıb. Görüşdə doğma meydanda Parisindəki məğlubiyyətin qisasını almağa çalışan "Real" ilk dəqqiqələrdə hücuma atılıb. Nəticədə madridlilər hesabı 17-ci dəqiqədə açıb. İkinci hissədə hesab arasındakı fərqi ikiyə çatdıran Kral klubunun sevinci cəmi 4 dəqiqə çəkib. Belə ki, PSJ ardıcıl 2 qol vurmaqla İspaniya səfərindən bir xalla geri dönüb.

D qrupunda mərhələni hələ ötən tur təmin etmiş "Yuventus" İtaliyada İspaniya "Atletiko"suna qalib gəlməyi bacarıb - 1:0.

Beləliklə, 1/8 finala yüksələnlərin sayı 6-ya çatıb. Bu turadək Fransanın PSJ, Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları bu hüquqa yiyələnmişdi. Gecənin oyunlarından sonra siyahıya İspaniyanın "Real Madrid", eləcə də İngiltərənin "Tottenhem" və "Mançester Siti" komandaları da əlavə olunub.

Mediapost.az

Çempionlar Liqası

V tur

26 noyabr

A qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Brügge" (Belçika) - 1:1

Qollar: Adem Büyük, 11 - Krepin Diatta, 90+2

Qırmızı vərəqələr: Krepin Diatta, 90+3; Klinton Mata, 90+3 (hər ikisi "Brügge")

24:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 2:2

Qollar: Kərim Benzema, 17; 79 - Kilian Mbappe, 81. Pablo Sarabia, 83


Xal durumu: PSJ – 13, "Real Madrid" - 8, "Brügge" - 3, "Qalatasaray" - 2.

B qrupu

24:00. "Srvena Zvezda" (Serbiya) - "Bavariya" (Almaniya) - 0:6

Qollar: Leon Qoretska, 14; 53; 60; 64; 68. Korentin Tolisso, 90

24:00. "Tottenhem" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 4:2

Qollar: Dele Alli, 45+1. Harri Keyn, 50; 77. Serj Oryo, 73 - Yusif əl-Ərəbi, 6. Ruben Semedo, 19

Xal durumu: "Bavariya" - 15, "Tottenhem" - 10, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.

C qrupu

24:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1

Qollar: İlkay Gündoğan, 56 - Manor Solomon, 69

24:00. "Atalanta" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: Luis Muriel, 27 (pen.). Alexandro Qomes, 47

Xal durumu: "Mançester Siti" - 11, "Şaxtyor" - 6, "Dinamo" - 5, "Atalanta" - 4.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:2

Qol: Rifat Jamaletdinov, 11 (öz qapısına). Sven Bender, 54

24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:0

Qol: Paulo Dibala, 45+2

Xal durumu: "Yuventus" - 13, "Atletiko" - 7, "Bayer" - 6, "Lokomotiv" - 3.

Xəbərlər departamenti

Gündəm