Çempionlar Liqasında gecənin nəticələri
21.10.2020 00:56 Futbol

Çempionlar Liqasında gecənin nəticələri

Çempionlar Liqasında 2020/21 mövsümünə start verilib.
 
"MediaPost"
xəbər verir ki, qrup mərhələsinin I turu çərçivəsində 8 oyun keçirilib.
 
E, F, G və H qruplarında mübarizə başlayıb. Qonşu Türkiyənin çempionu “Başakşəhər” Almaniyada “Leypsiq”lə qarşılaşıb. İstanbullular Bundesliqa təmsilçisi ilə görüşdən xalsız ayrılıb.
 
H qrupunun digər matçında PSJ “Mançester Yunayted”i qəbul edib. İngiltərə təmsilçisi turnirin son finalçısı üzərində səfər qələbəsinə sevinib.
 
E qrupunda “Çelsi” və “Sevilya” qalibi müəyyənləşdirə bilməyib. “Renn” “Krasnodar”la qarşılaşmada üstünlüyü əldən verərək, 1 xalla kifayətlənib.
 
F qrupunda “Zenit” öz meydanında “Brügge”yə uduzub. Dortmund “Borussiya”sı İtaliya səfərində “Latsio”dan xal ala bilməyib.
 
G qrupunda favoritlər qələbə ilə başlayıb. “Yuventus” rəqib meydanında Kiyev “Dinamo”suna, “Barselona” evdə “Ferensvaroş”a şans verməyib. İspanlar darmadağına seviniblər.
 
Qeyd edək ki, I tura oktyabrın 21-də yekun vurulacaq.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur

20 oktyabr
E qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya) - 0:0
23:00. “Renn” (Fransa) – “Krasnodar” (Rusiya) - 1:1
Quirassi, 56 - Ramires, 59

F qrupu
20:55. “Zenit” (Rusiya) – “Brügge” (Belçika) - 1:2
 Horvat, 74 (avtoqol) - Dennis, 63, de Ketelaer, 90+3
23:00. “Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
İmmobile, 6, Hits, 23 (avtoqol), Akpa Akpro, 76 - Haaland, 71

G qrupu
20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya) - 0:2
Morata, 46, 84
23:00. “Barselona” (İspaniya) – “Ferensvaroş” (Macarıstan) - 5:1
Messi, 27 (pen.), Fati, 42, Koutinyo, 52, Pedri, 82, Dembele, 89 - Karatin, 70 (pen.) 

H qrupu
23:00. PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 1:2
Martial, 55 (avtoqol) - Fernandes, 23 (pen.), Raşford, 87
23:00. “Leypsiq” (Almaniya) – “Başakşəhər” (Türkiyə) - 2:0
Angelino, 16, 20

Xəbərlər şöbəsi

Gündəm