Çempionlar Liqasının qrup mərhələsinin oyunları yekunlaşıb - VİDEO (NƏTİCƏLƏR)
12.12.2019 06:08 Futbol

Çempionlar Liqasının qrup mərhələsinin oyunları yekunlaşıb - VİDEO (NƏTİCƏLƏR)

Mediapost.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray" Fransada PSJ-yə böyük hesabla - 5:0 uduzaraq, turniri qrupun sonuncu pilləsində başa vurub.

Madridin "Real" klubu isə qonaq meydanda Belçikanın "Brüqqe"sinə qalib gəlib. İspanlar 2 top fərqi ilə rəqib komandanı öz ölkəsində məyus edib.

Almaniya "Bayer"in qonağı olan "Yuventus" meydandan ev sahibi kimi ayrılıb. Belə ki, italyanlar rəqiblərinin qapısından 2 cavabsız top keçirib.

Beləliklə, növbəti mərhələyə İspaniyanın "Real Madrid", "Atletiko", "Barselona" və "Valensiya", İngiltərənin "Tottenhem", "Mançester Siti", "Liverpul" və "Çelsi", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Leyptsiq", İtaliyanın "Atalanta", "Yuventus" və "Napoli", Fransanın PSJ və "Lion" komandaları çıxıb.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
11 dekabr

A qrupu
00:00. “Brügge” (Belçika) - “Real” (İspaniya) – 1:3
Vaneken, 55 – Rodriqo, 53, Junior, 64, Modriç, 90
00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) – 5:0
İkardi, 33, Sarabia, 35, Neymar, 47, Mbappe, 63, Kavani, 84 (pen.)

B qrupu
00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 3:1
Koman, 14, Müller, 45, Koutinyo, 64 – Sesseqnon, 20
00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) – 1:0
El-Arabi, 88

D qrupu
00:00. “Bayer” (Almaniya) - “Yuventus” (İtaliya) – 0:2
Ronaldo, 75, İquayn, 90
00:00. “Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya) – 2:0
Feliş, 17 (pen.), Felipe, 54

Xəbərlər departamenti

Gündəm