Cenevrə görüşündə sonra qəbul edilən bütün bəyanatlar
31.10.2020 01:38 Xarici siyasət

Cenevrə görüşündə sonra qəbul edilən bütün bəyanatlar

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri - Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

"MediaPost" ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin altı saatlıq görüşündən sonra qəbul edilən bəyanatlarıı təqdim edir

• Həmsədrlər tərəfləri dərhal humanitar atəşkəs də daxil olmaqla, götürdükləri öhdəliklərə tam əməl etməyə çağırırlar

•Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya qeyri-hərbi hədəfləri hədəf almayacaqlar

•Tərəflər BQXK-yə lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki meyitlərin toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər.

•Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər.

•Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi üçün mümkün mexanizmlərlə bağlı yazılı şərh və suallar təqdim edəcəklər.

•Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.

Xəbərlər şöbəsi

Gündəm