Cənubi Koreyada sel fəlakəti: 17 ölü
07.08.2020 11:06 Gündəm Dünya

Cənubi Koreyada sel fəlakəti: 17 ölü

Cənubi Koreyada 1 avqustdan bəri davam edən şiddətli yağışların səbəbindən sel və torpaq sürüşmələri nəticəsində 17 nəfər həyatını itirib.

“MediaPost” xəbər verir ki, təbii fəlakət nəticəsində 10 nəfər də itkin düşüb. Ölkənin Daxili İşlər və Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, başda paytaxt Seul olmaqla, ölkə miqyasında azı 6.162 binaya ciddi zərər dəyib, 2.500 nəfər evsiz qalıb.

Qeyd edilib ki, yağışlar həftə sonuna qədər davam edəcək.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm