Çexiyada idman təyyarəsi qəzaya uğrayıb
17.11.2019 07:47 İdman

Çexiyada idman təyyarəsi qəzaya uğrayıb

Tək mühərrikli idman təyyarəsi Çexiyanın Litomerjitse şəhəri yaxınlığında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə ölkə polisinin nümayəndəsi Alyona Bartoşova deyib.

Bildirilir ki, hadisə nəticəsində pilot həlak olub:

"Tək mühərrikli təyyarə Elba çayına çırpılaraq düşüb. Pilot həlak olub. Faciə Litomerjitse şəhəri yaxınlığındakı Kreşitse yaşayış məntəqəsi yaxınlığında baş verib".

İdman təyyarəsinin qəzaya uğramasının səbəbləri hələ müəyyənləşdirilməyib.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm