Ceyhun Bayramov Cozef Borellə telefonla danışdı
13.11.2020 01:06 Siyasət

Ceyhun Bayramov Cozef Borellə telefonla danışdı

12 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. 

Bu barədə "MediaPost"-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər bölgədə mövcud olan son vəziyyət, tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar üçtərəfli bəyanatın imzalanması, o cümlədən BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi, eləcə də yeni kommunikasiya xəttlərinin inşası da daxil olmaqla bütün kommunikasiyaların açılması kimi məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Ali nümayəndə Cozef Borel 10 noyabr tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən üçtərəfli bəyanatın imzalanmasını müsbət dəyərləndirib. O, razılaşmaya hörmətlə yanaşılmasının və onun icrasının təmin edilməsinin vacibliyini qeyd edib. Cozef Borel tərəflər arasında dialoqun davam etməsinin zəruriliyini vurğulayıb.

Xəbərlər şöbəsi

Gündəm