Ceyhun Bayramov Daşkənddə həmkarlarını postmünaqişə dövrü ilə bağlı məlumatlandırıb
24.01.2023 12:41 Xarici siyasət

Ceyhun Bayramov Daşkənddə həmkarlarını postmünaqişə dövrü ilə bağlı məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında həmkarlarını postmünaqişə dövrü ilə bağlı məlumatlandırıb.

MediaPost xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, C.Bayramov post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə "Yaşıl enerji zonası", azad iqtisadi zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra İƏT-in Baş katibi və digər üzv dövlətlərin xarici işlər nazirləri bəyanatlarla çıxış ediblər.

Xəbərlər departamenti

Gündəm