Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşəcək
22.02.2021 11:29 Xarici siyasət

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkmənistan xarici işlər naziri Rəşid Meredov və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun görüşündə ölkələr arasındakı münasibətlər və regional proseslərlər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.

“MediaPost” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, mövzular həm ikitərəfli, həm də üçtərəfli formatda müzakirə olunacaq.

Xəbərlər departamenti

Gündəm