Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
24.01.2023 17:28 Xarici siyasət

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb

Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəksitan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

MediaPost xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.

Xəbərlər departamenti

Gündəm