Ceyhun Bayramov Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında çıxış edir - YENİLƏNİB
24.01.2023 11:05 Xarici siyasət

Ceyhun Bayramov Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında çıxış edir - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 2023-cü ildə sədrliyi ilə bağlı bəyanatla İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxış edir.

MediaPost xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir.

***

Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası başlayıb.

"MediaPost"un xəbərinə görə, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

C.Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xəbərlər departamenti

Gündəm