XİN başçısı Slovakiya Milli Şurasının sədri ilə görüşüb - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
MediaPost xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirib.
Görüşdə tərəflər Azərbaycan - Slovakiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi ətrafında müzakirələr aparıb, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi ediblər.