Ceyhun Bayramov türkiyəli həmkarı ilə ermənilərin hərbi cinayətlərini müzakirə edib - YENİLƏNDİ
18.10.2020 00:36 Qarabağ Azərbaycandır

Ceyhun Bayramov türkiyəli həmkarı ilə ermənilərin hərbi cinayətlərini müzakirə edib - YENİLƏNDİ

Bu ilin 17 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən "MediaPost"a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud pozulması halı olduğunu və bunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Nazir Mevlüt Çavuşoğlu Ermənistanın mülki şəxsləri hədəfə alınmasını şiddətlə qınayıb və həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Nazir Ceyhun Bayramov hər zaman Azərvaycanın yanında olduğu və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəklədiyi üçün qardaş Türkiyəyə təşəkkürünü bildirib.

***

20:38

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

"MediaPost" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı XİN başçıları Ermənistanın humanitar atəşkəs adı altında terror və hərbi cinayət əməllərini davam etdirdiyini və Gəncə şəhərinə qarşı növbəti qanlı cinayət əməlini müzakirə ediblər.

Xəbərlər departamenti

Gündəm