Kılıçdaroğlundan Şuşa PAYLAŞIMI
08.11.2020 22:19 Dünya

Kılıçdaroğlundan Şuşa PAYLAŞIMI

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Şuşanın işğaldan azad olunması münasibəti ilə paylaşım edib.

"MediaPost" xəbər verir ki, partiyanın rəsmi feysbuk səhifəsindəki paylaşımda deyilir:

"Şuşanın 28 il sonra Ermənistanın işgalından azad edilərək yenidən ana vətənə qovuşmasını coşqu ilə salamlayırıq. Azərbaycanlı qardaşlarımızın yanındayq".

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu da özünün feysbuk səhifəsindən Azərbaycan xalqını təbrik edib.

Xəbərlər şöbəsi

Gündəm