Çimərliklər bu saatadək açıq olacaq
03.08.2020 15:54 Gündəm Cəmiyyət

Çimərliklər bu saatadək açıq olacaq

"100-dən çox çimərlik barədə məlumat saytda qeyd olunub".

“MediaPost" xəbər verir ki, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib:

"Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Hər bir çimərlikdə könüllülər fəaliyyət göstərəcək. Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.

Vətəndaşlar monitorinqdən kənarda qalan, reyestrə salınmayan çimərliyə gedəndə ehtiyatlı olmalıdırlar. Çünki orada dezinfeksiya işləri aparılmaya bilər".

Xəbərlər şöbəsi

Gündəm