Çimərliklərdə sıxlıq müşahidə olunur: Bunu etməsəniz yoluxma arta bilər - FOTOLAR
09.08.2020 11:50 Gündəm Cəmiyyət

Çimərliklərdə sıxlıq müşahidə olunur: Bunu etməsəniz yoluxma arta bilər - FOTOLAR

Çimərliklərlə bağlı qadağanın götürülməsindən sonra çimərliklərə ciddi axın müşahidə olunur. Bu isə öz növbəsində yoluxma riskini artırır.

“MediaPost”un məlumatına görə, çimərliklərin istifadəyə verilməsindən sonra 1000 asan könüllü çimərliklərdə xidmət aparır, bununla bərabər çimərliklərlə bağlı "cimerlik.az" saytı istifadəyə verilib. Buna görə də, vətəndaşlar bu sayt vasitəsilə daha az adam olan çimərlikləri müəyyənləşdirib, həmin çimərliklərdə rahat istirahət edə bilərlər.

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO) - Gallery Image

Qeyd edək ki, hazırda Bakıda çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edirlər, portalda olan çimərliklərdə eyni anda 100 mindən çox insanın istifadə edə bilməsi üçün şərait yaradılıb, təhlükəsizlik tədbirləri görülüb.

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO) - Gallery Image

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin imanov bildirir ki, şəhər ərazisində olan bütün çimərliklərdə yerində monitorinq aparılıb. "Cimerlik.az" portalında bu məlumatlar əlavə olunub və vətəndaşlar çimərliklərə üz tutmazdan əvvəl bu sayt vasitəsilə məlumatları öyrənə bilər.

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO) - Gallery Image

Bütün bu tədbirlər ilk növbədə insanların təhlükəsizliyini təmin etmək üçündür. Çimərliklərdə xüsusi arakəsmələrin gözlənilməsi üçün yerlər müəyyən edilib, lövhələr qoyulub, səsgücləndirici vasitələrlə maarifləndirmə işləri aparılır:

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO) - Gallery Image

"Bir neçə gündür müşahidələrimiz narahatlığa əsas verir, Belə ki, insanlarımız portala müraciət etmədən, özlərinin müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Bu da arzu olunmaz sıxlıqların yaranmasına səbəb olur. Bir daha insanlarımızdan çimərliyə getməzdən öncə portaldan həmin çimərlikdə doluluq səviyyəsinə baxmalarını xahiş edirik".

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO) - Gallery Image

Qaydalara əməl edərək "cimerlik.az" portalı vasitəsilə dənizə gələnlər isə şəraitdən və dənizdən razılıqlarını bildiriblər.

Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO) - Gallery Image

Xəbərlər şöbəsi

Gündəm