Çimərliklərə getmək üçün icazə məsələsinə aydınlıq gətirildi
03.08.2020 15:37 Gündəm Cəmiyyət

Çimərliklərə getmək üçün icazə məsələsinə aydınlıq gətirildi

"Bütün çimərliklərdə insanların sərbəst istifadə edilməsi imkanı yaradılıb. cimerlik.az saytı informativ resurs olacaq, vətəndaşlar o sayta daxil olub çimərliklərin mövcud şəraiti ünvanı, onların tutum səviyyəsini görə biləcəklər və ona uyğun da hansı çimərliyə istəsələr, gedə biləcəklər".

"MediaPost" xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib.

"Çimərliyə getmək üçün hansısa xüsusi icazəyəyə və rezervasiya ehtiyac yoxdur. İstənilən şəxs istədiyi çimərliyə gedə bilər. Portal sadəcə olaraq çimərliyə getməmişdən əvvəl mövcud vəziyyətlə tanışlıq üçün yaradılıb, sırf informativ resursdur",- deyə o söyləyib.

Ü. Mehdiyev bildirib ki, hələlik çimərliklərdə əyləncə proqramlarının və idman oyunlarının təşkil olunması qadağandır.

Billurə Yunus

Xəbərlər şöbəsi

Gündəm