Çin haqqında daha bir fakt  - bir il ərzində 4 milyon pişik əti yeyilir
18.04.2020 11:38 Dünya

Çin haqqında daha bir fakt - bir il ərzində 4 milyon pişik əti yeyilir

"MediaPost" xəbər verir ki, artıq dünyanın bir çox ölkəsi çinlilərin qida rasionu başda olmaqla həyat tərzlərini tənqid etməkdə davam edir.

Pekində hava o qədər çirklidir ki, bir gün boyunca bu şəhərdə nəfəs almaq gün ərzində 21 ədəd siqaret çəkməyə bərabərdir.


Vəhşi heyvan bazarlarının olduğu Çin ilə bağlı ən maraqlı məlumatlardan biri də çinlilərin hər il təxminən 4 milyon pişik yeməsidir. Koronavirus yayıldıqdan sonra dünyanın bir çox ölkələrindən gələn sərt reaksiyalar səbəbilə hökumət Çindəki heyvan bazarlarının fəaliyyətini qismən məhdudlaşdırmışdı.

Beynəlxalq Heyvan Haqları Birliyi olan "Peta" mövzu ilə bağlı rəsmi açıqlama yayıb. Onlar bildirib ki, bu cür steril olmayan şəraitdə heyvan bazarları mütləq bağlanmalıdır və biz daha çox insan ölümü riskini gözə ala bilmərik.

Xəbərlər departamenti

Gündəm