Çin həkimləri sabah Bakıya gəlir
03.08.2020 15:35 Gündəm Cəmiyyət

Çin həkimləri sabah Bakıya gəlir

Sabah Azərbaycana yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə üçün Çinin 10 nəfərlik tibbi ekspert qrupu gələcək. 

“MediaPost” xəbər verir ki, bu barədə avqustun 3-də Çin Xalq Respublikasının (ÇXR) Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında pandemiya ilə mübarizə məqsədilə tibbi ekspert qrupunun Azərbaycana göndərilməsi barədə nota mübadiləsinin imzalanma mərasimi keçirilib.

Onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətirəcəklər. Avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayacaqlar. 

Xəbərlər şöbəsi

Gündəm