Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək
24.01.2020 15:15 Xarici siyasət

Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək

“Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, tikinti işlərinin 6 günə başa çatdırılacağı planlaşdırılır. 1000 çarpayılıq üçün nəzərdə tutulan xəstəxananın sahəsi 25000 m² olacaq.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Virusun yayılması ilə əlaqədar ÜST təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm