Çin koronavirusa görə ABŞ-ı tənqid etdi
03.02.2020 11:13 Xarici siyasət

Çin koronavirusa görə ABŞ-ı tənqid etdi

“MediaPost”un xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin açıqlamasında deyib.

O, ABŞ da daxil olmaqla bir sıra dövlətlərin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmədiyini bildirib. Sözçü ötən 14 gün ərzində Çinə səfər edənlərin ABŞ-a girişinin qadağan olunmasının rasional və hüquqi olmadığını diqqətə çatdırıb: “Ümid edirik ki, müvafiq ölkələr məntiqli, soyyuqqanlı və elmi qərarlar verərək reaksiya göstərərlər”.

Hua Çinin epidemiya ilə mübarizədə qalib gələcəyinə söyləyib.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm