Çin koronavirusun peyvəndini daha tez tapa bilər
14.04.2020 15:00 Dünya

Çin koronavirusun peyvəndini daha tez tapa bilər

“MediaPost” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Elm və Texnika nazirliyinin elmi texniki inkişaf departamentinin rəhbəri U.Yuanbin deyib.

O qeyd edib ki, ilk hazırlanan preparat adenoviral vektora əsaslanan dərman olub. Bu preparat isə akademik Çek Veyanın komandası tərəfindən hazırlanıb. Ötən həftə alimlər testlərin ikinci mərhələsi üçün könüllüləri işə cəlb etməyə başlayıblar. Yuanbinin sözlərinə görə, qeyd edilən preparat bu mərhələyə çatan koronavirusa qarşı dünyada ilk peyvənddir.

Çin Xalq Respublikasının baş epidemioloqu Zonq Nanşanın sözlərinə görə, Çində koronavirus əleyhinə hazırlanan peyvəndlərin ilk sınağı mart ayının sonlarında keçirilib. Bu zaman ümumi sayı 108 nəfər olmaqla hər biri 36 nəfərdən ibarət 3 qrup üzərində sınaq aparılıb.

Birinci qrup könüllülərə aşağı doza, ikinci qrupa orta, üçüncü qrupa isə yüksək dərəcəli dozalar verilib. Tədqiqatın birinci mərhələsinin nəticələri hələlik məlum deyil. Bu dərmanın klinik sınaqları dekabr ayının sonuna qədər davam edəcək. Dərman təsirli olarsa, tez bir zamanda bazara çıxarmaq mümkün olacaq.

Xəbərlər departamenti

Gündəm